Mitral Qapaq Təmiri, Qapalı Əməliyyat (qoltuqaltından) Üsulu
Elmi tədqiqatlar göstərir ki, qapaq təmiri mitral qapaq çatışmazlığı üçün ən yaxşı üsuldur. Mümkün olduğu qədər, səbəbi istər revmatik istər degenerativ olsun mitral qapaq təmir edilməlidir. Uzunmüddətli klinik tədqiqatlar göstərir ki, xəstəyə ən faydalı, ən sağlam və komplikasyonları ən az olan üsul "Təmir"dir. Qoltuqaltı əməliyyatı isə Mitral Təmir hallarında tətbiq edilə bilər.

Qərb ölkələrində (Amerika, Avropa ölkələri kimi), mitral qapaq çatışmazlığının səbəbi ümumiyyətlə (85%) degenerativ faktlardır. Bu ölkələrdə revmatik mitral qapaq xəstəliyi daha azdır (12%). Degenerativ çatışmazlıqlar ümumiyyətlə mitral qapağın prolapsı (sallanması), korda (qapaq liflərinin) və ya papiller əzələnin qopması, elongasyonu (uzanması), qapağın diametrinin genişlənməsi (Ring dilatasyonu) və hətta qapağın müxtəlif səbəblərdən ötəri yırtılması (cırılması) deşilməsi nəticəsində yaranır. Ölkəmizdə və Asiya-Afrika ölkələrində isə revmatik ürək xəstəliyi qaynaqlı mitral çatışmazlığın 60-65% nisbətində olduğu təxmin edilməkdədir. Revmatik ürək qapaq xəstəliyi ümumiyyətlə uşaqlıqda keçirilmiş, revmatik qızdırma xəstəliyindən asılıdır. Bu cür qapaqların təmiri, degenerativ xəstəliklərdən daha çətindir, çünki ürək qapağın özü pozulmuş, büzülmüş və formu dəyişmişdir.
Mitral qapaq, ağciyərlərdən gelən təmiz qanın ürək qasılması əsnasındaağciyərlərə geri qaçmasını əngəllərkən, mitral qapaq çatışmazlığında isə təmiz qan ağciyərlərə geri qaçır. 1-ci, 2-ci, 3-cü və 4-cü dərəcə olaraq 4 dərəcə çatışmazlıq mövcuddur. 1-ci dərəcə çatışmazlıq bir çox insanda təsadüf nəticəsində tapıla bilər və heç bir şikayətə yol verməz. 2-ci dərəcə çatışmazlıq aşkar edilərsə, səbəbi araşdırılmalı və xəstə ekokardioqrafiya üsulu ilə təqib edilməlidir. 3-cü və 4-cü dərəcə çatışmazlıqlar isə sol ürək çatışmazlığına gətirib çıxarmaq potensialı səbəbindən mütləq müalicə edilməlidir. Dərman müalicəsinin nəticə verməməsi və ya ürək otaqcıqlarının böyüməsinə səbəb olması və ya ağciyər üçün təzyiqin artması (Pulmoner Qan Təzyiqi) kimi hallarda mitral qapaq mütləq əməliyyatla müalicə edilməlidir.
Society of Thoracic Surgeons (STS) verilənlər bazası, hər il Amerika Birləşmiş Ştatlarındakı (USA) Ürək Cərrahiyyə Klinikalarının ümumi statistik nəticələrini və saylarını dərc edir. Aşağıdakı cədvəl STS verilənlər bazasındakı saylar ilə (son 8 il) TOBB ETÜ Universiteti Tibb Fakültəsi, Ürək və Damar Cərrahiyyəsi şöbəsinin (son 8 il) saylarını müqayisəli olaraq göstərməkdədir.
Sağ tərəfdə revmatik xəstəliktən asılı olaraq mitral qapağın necə pozulduğunu və təmirinin nə qədər qeyri-mümkün olduğunu göstərən bir şəkil mövcuddur. Normalda "soğan membranı"ndan bir az daha qalın olan mitral qapaq, revmatik tutma səbəbindən qığırdaq toxuması qalınlaşmış, lifləri qalınlaşıb, papiller əzələyə yapışmış və hətta əhəng yaranmışdır. Açılması ciddi nisbətdə məhdud hala gelmiş bu qapaq ancaq əvəz olunarak müalicə edilir və təmir edilə bilməz. Qapağı dəyişdirərkən mexaniki (metal) qapaq və ya bioloji (donuz, sığır, at, və s.) qapaqlar yerləşdirilir. Mexaniki qapaqlarda Coumadin (Warfarin) istifadəsi həyat boyu məcburidir. Bioloji qapaqda isə (əgər ritm pozulması yox isə) bu dərmanın istifadəsinə ehtiyac yoxdur. Lakin, bioloji qapaqlar metal qapaqlar kimi uzun ömürlü deyil.
Mitral Qapaq Təmiri Üstünlükləri
- Əməliyyatdan sonra uzun müddətdə qapaq infeksiyası (endokardit) nisbəti sıfıra yaxındır
- Əməliyyatdan sonra uzun müddət həyat gözləntisi daha çoxdur
- Ürəyin funksiyaları (Sol Ventrikül) uzun müddətdə daha yaxşı qorunur
- Uzun müddətdə Pulmoner Qan Təzyiqi inkişaf etmə ehtimalı daha azdır
- Əməliyyatdan sonra və uzun müddətdə iflic riski çox azdır
- Qan durulducu dərman istifadə edilməsinə ehtiyac yoxdur
Qoltuqaltından Kiçik Kəsi ilə Mitral Qapaq Təmiri
Mövzu başlığında olduğu kimi, Mitral Qapaq Təmiri, sağ sinə altından təxminən 4-5 sm-lik bir kəsi ilə, endoskopik (və ya istifadə etmədən) olaraq təmir edilə bilər. Bu üsulda sümük kəsisi olmadığı üçün ağrının daha az olduğunu irəli sürən avtorlar mövcuddur. Əməliyyat yarası infeksiyası və ya sümük infeksiyası (Osteomyelit) yox deyiləcək qədər azdır. Estetik nəticə səbəbi ilə xəstələr əməliyyat sonrası daha müsbət və tez olaraq normal həyata dönərlər.
Qaynaqlar:
1) Gammie JS, et al. Trends in mitral valve surgery in the United States: results from the Society of Thoracic Surgeons Adult Cardiac Surgery Database. Ann Thorac Surg 2009 May;87(5):1431-7Ann Thorac Surg 2009 May;87(5):1431-7
Loading...